YouTube’dan Musiqi və Video necə endirilir?

YouTube musiqi vəya video yükləməyin bir çox metodu vardır.

Android’dəki Metodlar : SnapTube , ZuZu Music və s. kimi platformalardır. ZuZu Music‘i çoxunuz eşitməmisiniz. Bu Proqram vasitəsilə , Telefonu işlədərkən arxada mahnını oxuda bilir. Həmdə , YouTube videolarını musiqi və video halında yükləyə bilərsiniz.SnapTube’də sadəcə mahnı vəya videonu yükləyə bilərsiniz. Mahnını arxada oxuda bilmir.

ZuZu Music Endirmək üçün klikləyin

 

 SnapTube Endirmək üçün klikləyin


Kompüterdə

Sıra gəldi kompüterə. Kompüterdə ən çox işlədilən metod isə , Link ilə kopyala yapıştır üsuludur. Amma bizim sizə  göstərəcəyimiz üsul isə Add-on üsuludur. Add-on üsulunun 2 yolu var CROSSPİLOT və Developer Mode Install. BU SAYT’DA GOOGLE CHROME’a necə yüklənir? onu göstərəciyik

  1. Buradakı metodların hamısı Google Chrome veb-brauzerindən olunur.
  2. DEVELOPER MODE INSTALL yüklədiyiniz faylları silsəniz, o zaman proqramda silinəcək.

CROSSPİLOT ( asan yüklənilə bilən metod )

İlk Öncə Saytı Ziyarət Edin : YouTube Video Downloader – Addoncrop

sayta daxil olun. veb-brauzerinizi seçin. sonra “INSTALL VIA CROSSPILOT” seçənəyini klikləyin

 

add-on səhifəsinə gəldiktən sonra “Add to Chrome”yə klikləyin

 

kliklədikdən sonra yuxarda belə bir şey gələcək. “Add extension” düyməsinə basaraq davam edin

 

yeni səhifədə belə bir şey qabağınıza çıxacaq. “Grant Permissions” düyməsinə klikləyin

 

sonra yuxarıda yeni belə bir şey çıxacaq. “Allow” düyməsinə basın. Artıq proqram qurulmuşdur.

 


DEVELOPER MODE INSTALL ( daha uzun metod )

 

İlk Öncə Saytı Ziyarət Edin : YouTube Video Downloader – Addoncrop

veb-brauzerinizi seçtikdən sonra “Developer Mode Install” seçiminə tıklayın

 

sonra fayl yüklənəcək. bu faylın yükləndiyi yerə gedin. orda ya “Hamısını Çıxar…” yada WinRAR’ın “Extract Here” düyməsinə basın…

 

Sonra Google Chrome’ya Girin… sağ yuxarda 3 nöqtə olan düyməyə basın. More Tools a gəlin və ordanda “Extensions” düyməsinə basın

 

Soldakı yer Google’nin Extensions olan yeridir. Sağdakı Saytdan yüklədiyimiz fayldır və onu çıxartdığımız qovluqdur. Çıxartdığımız qovluğu Google’ya atın.

 

Add-on’umuz artıq yüklənmişdir. Bundan sonra istədiyiniz kimi özünüz parametrlərini dəyişə bilərsiniz.Parametrlərini sağ yuxardan düyməsinə basıb oradan dəyişə bilərsiniz. Orada çoxlu işə yarar funksiyalar var (Audio Mode , Screenshot və s. kimi)


buda proqramın harda olacağına dair misal.

 

 

MP4 yazılan yerin üstünə bassanız , o zaman video yüklənəcək ( qabağındakı 1080p,720p,480p,360p video keyfiyyətidir. Nə qədər çox olsa, o qədər video keyfiyyətli olacaq)

Convert to MP3 (Beta) düyməsinə bassanız, onda musiqi halında yükləyəcək. qabağınıza 2 yer çıxacaq. yuxardakı(MP3 Bitrate) düyməsi musiqinin keyfiyyətidir. nə qədər çox olsa , musiqi daha aydın oxunar ancaq , tutduğu yer(həcm) böyüyür. “Time” olan yer isə , videonu hardan hara kimi musiqini kəsməsini göstərir


Qeyd : 4K və 2K videolar yüklənilə bilər ancaq onlar webm formatında yükləniləcək. Bu formatı kompüter vəya telefon açmır. onları MP4’ə çevirmək üçün konverter lazımdır. (bxn. Online Converter) Qalan keyfiyyətdəki videolar MP4 formatında yüklənilə bilər.


Qeyd : Yüklədiyiniz o faylları silsəniz, o zaman proqram xəta verib öz-özünə bağlanar. Və video yükləmə yeri gəlməz. Belə bir hal yaşansa , o zaman proqramı təzdən yükləyib Brauzer’ə atın. ONU SİLMƏYİN! CROSSPİLOT metodunda isə CROSSPİLOT Add-on’unu silməməyiniz vacibdir.


Qeyd : CROSSPİLOT metodu daha asandır. Sadəcə biz bunu o metod olmazsa Developer Modu ilə edə biləcəyimizi göstərdik.


Qeyd : Developer Mode metodu ilə etdiyinizdə hər Google Chrome açılışında bu proqramı bağlamağınızı istəyəcək. Disable düyməsinə basmayın!