Texnologiya şirkətləri nə ödədilər? Nə qazandılar?

Böyük texnologiya şirkətləri qazanclarını artırmaq və fərqli sahələrdə özlərini aktivləşdirmək üçün müxtəlif alış-veriş edirlər. Bu satınalmalar bəzən uğursuz nəticələr gətirsə də, bəzən şirkətlərə qazanclarını artırmağa imkan verir.

Facebook tərəfindən satılan Instagram

Birincisi, bir müddət əvvəl Cambridge Analytics qalmaqalı ilə bir çox insanın gündəmində olan, indi bir platforma kimi populyarlığını itirməsi və əvvəlki istifsdəçi kütləsi qalmamasına baxmayaraq bir texnologiya şirkəti olaraq əhəmiyyətli işlərə imza atan Facebookun İnstagram almasına baxaq. Dünyanın ən məşhur foto paylaşma platforması olan Instagram, 2012-ci ildə Facebook tərəfindən 1 milyard dollara satın alındı. 1 milyard böyük bir məbləğ kimi görünsə də, Facebookun İnstagramdan necə pul qazanacağı sual altındaydı. Ancaq 2012-ci ildə nəzərə alınmayan reklam gəlirləri, İnstagramın 2019-cu ildə 20 milyard dollar qazanmasına imkan verdi. Bu qazancla şirkət hətta “Facebook”u da üstələdi. Nəticədə Facebook 2019-cu ildə cəmi 1 milyard dollar verdiyi şirkətdən 20 milyard dollar qazandı.

Google tərəfindən satın alınan YouTube:

Digər bir alış-veriş Instagram və Facebook-dan xeyli əvvəl geriyə gedir. Google 2006-cı ildə YouTube-u 1,65 milyard dollara aldı. İllərdir YouTube-un reklamlardan qazancının nə qədər olduğunu öyrənə bilmədik. Ancaq Google bu il fərqli bir qərar verdi və YouTube-dan gələn reklam gəlirlərini istifadəçilərlə bölüşdü. 2019-cu ildə YouTube’un reklam gəlirlərindən əldə etdiyi gəlir 15 milyard dollar olaraq açıqlandı. Google’un YouTube’dan əvvəlki illərdə nə qədər qazandığı isə bir sirrdir. Ancaq sadəcə 2019-cu il qazancı Google-un YouTube-a nə qədər sərfəli olduğunu sübut edir