Rəsmi – Dərslər yenidən tətil elan edildi!

Nazirlər kabinetinin verdiyi sərəncama əsasən dərslər yenidən tətil elan edildi. Qərar Azərbaycan Respublikası ərazisində yerləşən Universitet, kollec, məktəb və bütün bağçalara aiddir.

Nazirlər Kabinetinin saytından sitat:

“Koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Nazirlər Kabinetinin Sərəncamına əsasən yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.”

Mənbə: Nazirlər Kabinetinin rəsmi saytı