“Intel Virtualization Technology” nədir?

Bəzi Intel prosessorları  Intel Virtualizasiya Texnologiyası (VT) ilə gəlir. Əvvəllər Vanderpool Texnologiyası olaraq bilinən bu texnologiya bir maşında iki vəya daha çox Ə.S(Əməliyyat Sistemi) çalışdırır.

Intel Virtualizasiya Texnologiyası (VT)‘un 2 versiyası mövcuddur. x86 prosessorları üçün VT-x ; və Itanium prossesorları(yəni  IA-64) üçün VT-i. Bu məqalədə sizə VT-x’dan danışacıyıq.

Intel Virtualizasiya Texnologiyası (VT) yeni bir texnologiya deyil. İnternetdə, Virtualizasiyanı işlətmək üçün bəzi proqramlar var. Bunlara misal olaraq, VMWareVirtualBOX‘u göstərə bilərik. Bu texnologiyanı : bir kompüterdə eyni anda həm Windows’u həmdə Linux’u çalışdırması kimi göstərə bilərik.

Siz VT’*ni Multitasking və Çox nüvəli prosessor kimi funksiyalarla səhv sala bilərsiniz.


Multitasking – bir Ə.S**’də bir neçə proqramı eyni anda çalışdırmaqdır.

Multitasking-ə misal olaraq


Çox nüvəli prosessor : Çox nüvəli prosessorlarda əsas deyilən şey əslində fiziki baxımdan prosessorun özüdür. Son vaxtlara qədər yalnız bir prosessor nüvəsi var idi. Ancaq ikili nüvəli prosessorları nəzərdən keçirdikdə, məsələn, bir membranda iki prosessor nüvəsinin olduğunu görürük. Çox nüvəli prosessorlara gəldikdə qeyd edilməli olan bir neçə anlayış var:

  • Process : İşlək vəziyyətdəki proqram parçacığıdır.
  • Thread : Proses,threadlara tapşırıqları paylaşdırır.
  • Threading: Eyni anda birdən çox iş parçacığını işləmə soxabilməkdir.
  • Multi processing : Threading və çəkirdəklər ilə edilən çox lu əməliyyatların hamısıdır.
  • Multi tasking: Birdən çox proqramın eyni anda işlədilməsini etməyə imkan verir.

Mənim Intel Prosessorum VT’ni dəstəkləyir? 

I Metod

İlk öncə prosessorunuzun adını öyrənin. (bkz. “Kompüterim Haqqında Ətraflı Məlumat” – Sistem İnce Ayar )

sonra ark.intel.com saytına daxil olun. sağ köşəyə prosessorunuzun modelini yazın. (mənim prosessorum Intel Pentium B960)

 

mən prosessorumu yazdım. və belə gəldi yazıya tıklayın

 

əgər “NO” yazılıbsa , VT texnologiyası sizin prosessorda mövcud deyil. əgər “YES” yazılıbsa , VT texnologiyası sizin prosessorda mövcuddur.

II Metod

Intel® Processor Identification Utility – Windows* Version adlı “tool”u yükləyin. Proqrama girin. CPU Technologies pəncərəsinə daxil olun. Intel(R) Virtualization Technology yazısının qarşısında Yes yazılıbsa, deməli sizin prosessor VT’ni dəstəkləyir. No yazılıbsa , dəstəkləmir.

Intel Processor Identification Utility


Prosessorum VT’ni aktivləşdirib?

Ctrl + Shift + ESC düymələrinə eyni anda basın. Performance pəncərəsinə gəlin. Enabled yazılıbsa , aktivləşdirilib. Not Capable yazılıbsa, sizin prosessor dəstəkləmir. Disabled yazılıbsa, aktiv deyil(deaktivdir)

əgər sizdə Disabled yazılıbsa VT’ni aktivləşdirmək üçün işinizə yaraya bilər :

Bilgisayarımda Sanallaştırmayı (VT) Nasıl Etkinleştirebilirim? (BlueStacks)
Şərhlər

POPULYAR XƏBƏRLƏR