İHA və SİHA nədir?

Halhazırda Türkiyə və rejim qüvvələri arasında olan gərginlik zamanı Türkiyə qarşı tərəfə ağır zərbələr endirib. Zərbələrin daha çoxu PUA-lar vasitəsiylə edilib.

Türkiyə son 3 gündə SİHA-lar vasitəsilə rejim güclərinə ciddi zərbələr endirir. İlk döyüşlərdən biridir ki, SİHA-lar döyüşün ciddi parçasıdır və məsələni həll edir.

Bəs İHA və SİHA nədir?

Texnoloji müharibədirmi? İHA türk dilindən hərfi mənası İnsansız Hava Aracı deməkdir. SİHA isə Silahlı İnsansız Hava Aracı. Azərbaycanın da istifadə etdiyi bu aparatlar böyük hərbi dronlardır. Lakin tarixə baxsaq 2000-ci illərə qədər Türkiyə ordusu İsrail istehsalı Heron və ABŞ istehsalı GNAT istifadə edirdi. 2000-ci ildə ABŞ Konqresi qərar verdi ki, bu cihazların Türkiyəyə satışı dayandırılsın. Belə olan halda SİHA-sız qalan türklər, işə başlayır və 2015-ə qədər 2 yeni model yerli istehsal İHA olan AnkaBayraktarı təqdim edirlər. 2017-ci ildə Ankalara ilk dəfə roket daşıma xüsusiyyəti əlavə olunur və Türkiyə 200 kg silah daşıya bilən SİHA ilə ordunu təchiz edir. Türksat peyki ilə kordinasiya olunan bu

müasir PUA-lar, operator pilotlar ilə uzaqdan idarə olunur.

2017-də terrorla mübarizə üçün havalanan bu aparatlar indi Suriyada daxil olub, viran qoymadığı yer yoxdur. Hətta 2 gün əvvəl SİHA vasitəsilə milyon dollarla dəyəri olan 2 ədəd rus istehsalı hava müdafiə sistemi məhv edilib. Havadan gələn hücümu müdafiə üçün yaradılan silahlar elə havadan məhv edildi. Gülməli gəlsə də burda Türk Pilot Operatorların ciddi əməyi var. Əlavə olaraq bu PUA-lar özü qalxa və eniş edə bilir, hətta cihazla əlaqə kəsiləndə belə yerini tapıb geri qayıda bilir. Bir neçə süni zəka əlavələrindən sonra isə PUA-lar müharibənin ən qorxulu silahına çevriləcək.

Yayılan video görüntülər artıq xarici ölkələrin marağına səbəb olub. Qeyri-rəsmi məlumata görə Türkiyədən PUA almaq istəyən 1 ölkə artıq var.