Huawei P40 təqdimat tarixi açıqlandı

Huawei P seriyasının yeni modelləri üçün sonunda tarix açıqlandı. P30-dan sonra gələcək Huawei P40 seriyası, təxminlərə görə üç fərqli modeldən ibarət olacaq. Huawei P40-ın istehsal tarixini Huawei Consumer Business Group baş direktoru Richard Yu rəsmi olaraq açıqladı.

Gözlənilən açıqlama, Corona virus səbəbiylə Mobil Dünya Konqresi ləğv edildikdən sonra, sosial mediada canlı yayımlanan Huawei-nin təqdimatında edildi. Yeni nəsil qatlana bilən Huawei Mate Xs, MatePad Pro və müxtəlif məhsulların təqdimatında Richard Yu, Huawei P40 seriyasının “dünyanın ən güclü 5G flaqmanı” telefonu olacağını da bildirdi.

Huawei P40 modelinin satış tarixi martın 26-da açıqlandı. Tədbir Parisdə keçiriləcək.

Gələn ay təqdim ediləcək Huawei P40 seriyasının xüsusiyyətləri barədə məlumat verilmədi. Ancaq, əlbəttə ki, P40 ailəsi güclü kamera xüsusiyyətləri ilə seçilən P seriyasını ən son kamera texnologiyaları ilə davam etdirəcəkdir. Telefonda beş və ya daha çox arxa kameranın olacağı gözlənilir.

Huawei P40, EMUI 10-un son versiyasından istifadə edəcəkdir. Hələ də Google xidmətlərindən istifadəsi qadağan olan Huawei, P40 seriyasında Huawei Mobil Xidmətləri və Play Store əvəzinə AppGallery istifadə edəcək.

Ən son məlumata görə, P40 Pro əyri ekran istifadə edərkən P40 düz ekranla birlikdə gələcək. Hər iki ekranın iki ön kamera dizaynı ilə gələcəyi gözlənilir. Sonrakı nəsil telefonlar Huawei’nin ən yeni flaqman prosessoru, Kirin 990Kirin 990 5G prosessoru ilə təchiz ediləcəkdir.

Kamera və prosessorla yanaşı, batareyada da yeni inkişaflar gözlənilir. P40 Pro-nun batareya tutumunun 4500 mAh səviyyəsində, P40-nın 4.200mAh səviyyəsində olacağı və 50W və ya 55W sürətli şarj təmin edəcəyi barədə şayiələr var.