ABŞ-da ölənlərin sayı artdı, Google ən böyük tədbirini ləğv etdi

Yeni koronavirus (COVID-19), ilk dəfə dekabr ayında Çinin Wuhan şəhərində aşkar edilmiş və sürətlə bütün dünyaya yayılmışdır. Üç ayda bu virus Antarktidadan başqa hər bir qitəyə çatdı. İlk vaxtlarda Ümumdünya Səhiyyə Təşkilatı bunu bir pandemiya adlandırmaqdan çəkindi, ancaq COVID-19-u yanvar ayının sonlarında beynəlxalq fövqəladə vəziyyət elan etdi.

COVID-19 təkcə sağlamlığa mənfi təsir göstərmir, həm də marketdəki alış-veriş dəyişkənliyini artırmış və iqtisadi çöküş qorxusu yaratmışdır. Apple və Samsung da daxil olmaqla bir sıra yüksək səviyyəli texnolojik nəhənglər, Çində təchizat zəncirinin problemləri , istehsal və  satınalmaların ləngiməsi ilə üzləşdi. Facebook və Twitter kimi sosial media şəbəkələri, sui-qəsd nəzəriyyələrinin və çaxnaşmaları azaltmaq üçün bir-sıra addımlar ataraq, yanlış məlumat yayanlara qarşı mübarizə aparırlar

TikTok SXSW-ni, Google’da 2020 I/O tədbirini ləğv etdi.

mənbə : cnet.com