Fərqli bank kartları arasında komissiyasız pul köçürmə üsulu

Bildiyiniz kimi fərqli bank kartları arasında transfer zamanı online pul köçürərkən komissiya haqqı tutulur. Biz isə bugün sizlərə transferi komissiyasız necə edə biləcəyinizi izah edəcəyik.

Qeyd etmək istəyirikmki, bu üsul tamamilə leqaldır və heç bir məsuliyyəti yoxdur və ilk dəfə bizim tərəfimizdən paylaşılır.

İlk öncə telefonunuza MilliÖN proqramın yükləyirsiniz(aşağıda linkləri yerləşdirilib.)

Proqramı yüklədikdən sonra nömrəniz ilə qeydiyyatdan keçirsiniz və nömrənizə gələn təsdiqləmə kodun proqrama daxil edərək quraşdırmanı tamamlayırsınız.

Quraşdırma bitdikdən sonra aşağıda şəkillərdə göstərdiyimiz kimi prosesləri davam etdirin.

1. Proqramda aşağıdakı şəkildə göstərilən Bütün xidmətlər bölməsinə daxil olun

2. Sonra Bank xidmətlərin seçin.

3. Sonra pulu transfer edəcəyiniz kartın filialın seçin.(pulu hansı karta köçürmək istəyirsinizsə, onu seçin) Mən test üçün KapitalBank kart hesabının artırılmasın seçirəm.

4. Açılan səhifədə pulu hansı karta köçürəcəksinizsə, onun nömrəsin(kartın üzərindəki 16 rəqəmli kod) daxil edib İrəli düyməsin basın.

5. Açılan səhifədə köçürməni etdiyiniz kartın növün seçirsiniz(MasterCard və ya Visa) və göndərmək istədiyiniz məbləği yazıb İrəli düyməsinə basırsınız.

6. Açılan səhifədə köçürməni etdiyiniz kartın məlumatların daxil edərək prosesi tamamlayırsınız.

Artıq təyin etdiyiniz məbləğ bir kartdan digərinə komissiyasız köçürülmüşdür.

Proqram Linkləri:


App Store(iOS)

Play Store(Android)


Sosyal şəbəkə hesablarımızdan izləməyi unutmayın.


İnstagram

Facebook

Telegram