DDNS və DNS nədir? Nə işə yarayır?

DDNS – Dynamic DNS(Domain Name System) – az. Dinamik Domain Ad Sistemi

DNS’in nə olduğunu anlamaq üçün bu misalı göstərə bilərik => Azərbaycan Respublikası Ədliyyə Nazirliyi saytına exidmet.justice.gov.az(1) yazaraq daxil oluruq. Amma bu 85.132.96.196(2) şəklindədir. Göstərdiyimiz (2) adlı ünvanı (1) adlı ünvana çevirən funksiyaya DNS deyilir. DNS qavramı DDNS‘ə qarşı fərqi DNS‘in Statik IP işlətməsi , DDNS‘in Dinamik IP işlətməsidir.

Dinamik IP ünvanı DHCP funksiyasında mövcuddur.Çoğu modemdə IPv4 ünvanı defolt olaraq DHCP tərəfindən idarə edilməktədir. Statik IP , IP ünvanınızın dəyişmədiyi , Dinamik IP isə IP ünvanınızın hər dəfə dəyişməsidir.

Modem yəni router ilə uzaqdan əlaqə saxlamaq üçün DDNS‘dən istifadə olunur. Modem hər dəfə yenidən başladıldıqda yəni restart atıldıqda IP dəyişir bu da onun Dinamik IP olduğunu göstərir. DDNS ona görə istifadə edilir ki , Modem hər dəfə restart atıldıqda o IP bir domen ünvanına çevrilsin. Məsələn , Modemin İctimai(Public) IP’sini X.X.X.X(bu hərflərin’ yerinə rəqəm yazılacaq) kimi götürsək DDNS‘in Hostname‘sini entropiya.ddns.net olaraq göstərsək , brauzerə entropiya.ddns.net:8080 yazsaq modemin panelinə(X.X.X.X) daxil olacaq. Modemə restart atsaq , o IP dəyişib başqa bir IP olacaq Məsələn Y.Y.Y.Y(bu hərflərin’ yerinə rəqəm yazılacaq) olacaq və DDNS qurduğumuza görə yenə brauzerə entropiya.ddns.net:8080 yazsaq modemin panelinə(Y.Y.Y.Y) daxil olacaq. Bunu niyə istifadə edək deyə soruşsanız modemi cavabı modemi uzaqdan idarə etmək üçündür.

entropiya.ddns.net:8080 – sondakı :8080 port adlanır. HTTP portu olaraq adlanan 80 portunun alternatifi olaraq 8080 işlədilir. Port sayəsində Remote Desktop , POP3 və s. kimi funksiyaları işlədə bilərsiniz. Bu funksiyalara isə Port Forwarding — yəni Port Yönləndirmə adlanır. Bəzi mənbələrdə bu “Virtual Server” olaraq adlandırıla bilər.

DDNS kimi funksiyaları işlətmək üçün sizə DDNS provayderi lazımdır. No-ip sizə 30 günlük pulsuz DDNS ünvanı verir. Orada qeydiyyatdan keçərək öz DDNS serverinizi yarada bilərsiniz.