“Apple” mağazalarını bağlayır

“Apple” şirkəti koronavirusa görə Çindən başqa bütün dövlətlərin ərazisində yerləşən pərakəndə satış mağazalarını bağlayıb.

Sondakika.com-un məlumatına görə, bu barədə şirkətdən rəsmi açıqlama verilib.

Mağazaların iki həftəlik bağlanmasına qərar verilib.

“Apple”ın Çindən kənarda 460 mağazası var və onlardan ən çoxu – 270 ədədi ABŞ-dadır.

Açıqlamada bildirilir ki, şirkətin işçiləri evdən işləyəcək və hamısı maaşlarını alacaq.

“Apple”ın koronavirusdan ən çox zərər çəkən şirkətlərdən biri olduğu bildirilir.