Animasiya nədir? Animasiya haralarda istifadə edilir?

Animasiya nədir? Animasiya haralarda istifadə edilir?

Cizgi film dedikdə hamının ağlına “Cücələrim”, “ Nu Poqodi”, “Şrek”, “Buz dövrü”, “Balta” və başqaları gəlir. Lakin hər şey göründüyü kimi deyil. Belə ki, bu saydıqlarımız animasiyanın kütləyə təqdim edildiyi tərəfidir, işin birdə pərdə arxası məqamları var. Animasiya nədir?, bu və digər suallarınıza bu bloqda cavab tapacaqsınız:

• Animasiya nə deməkdi?

“Animasiya” Fransız sözü olub mənası “Canlandırma” deməkdir. Qısaca demək lazımdırsa hərəkətsiz obyektləri rəqəmsal dünyada hərəkətə gətirmə sənətinə Animasiya deyilir.

• Gördüyümüz bütün cizgi filmlərə 2 D animasiyadır?

Xeyr, Animasiyanın bir çox növü var. Ən məşhurları:

3D animasiya

Motion Picture

Stop-Motion

Karma animasiyası və başqaları.

• 2 D animasiyada hazırlanmış cizgi filmlər hansılardır?

Nümunə olaraq hamımızın sevərək oynadığı “Super Mario” rəqəmsal oyununu və ya “Warner Bros” şirkətinin istehsalı olan cizgi filmləri nümunə göstərmək olar.

• Niyə “hərəkətə gətirmə” yox “Canlandırma”?

Çünki “hərəkətləndirmə” sözü bu işin mənasını tamam əks etdirmir. Animasiya sözün əsl mənasında cizgiləri “canlandıran” bir sənətdir. Bura rəngləmə, səsləndirmə, işıqlandırma daxildir.

Bəs animasiya haralarda istifadə edilir?

  • Reklam
  • Tanıtım çarxı
  • Musiqi klipləri
  • Canlandırma filmləri
  • Animasiya xarakterli filmlərdə
  • Rəqəmsal oyunlarda
  • İnteraktiv mediada
  • Musiqi, rəqs və performans sənətlərində

Animasiya bölümünün məzunları hansı vəzifələrdə çalışa bilər?

  • Animasiya rejissorluğu
  • Rejissorluğu
  • Character animasiyası
  • Character dizaynı
  • Konsepsiya animatoru
  • Layout dizaynı
  • Storyboard
  • Oyun dizaynı
  • 3 D modelləşdirmə
  • Render mütəxəssisi və s.